Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu 

10:00 26.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Cavab atəşilə qarşı tərəf susdurulub.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.